“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” layihəsinə start verib.
Layihənin məqsədi ali təhsilin bakalavr pilləsindəki gənclər arasında müvafiq mövzuda seminarlar təşkil etməklə onları müxtəlif elm sahələrində araşdırmalara sövq etmək və bununla da Azərbaycan dövlətinin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində gənclərin fəal iştirakına nail olmaqdır. Layihə Quba, Şamaxı və Lənkəran şəhərlərində seminarlar ilə həyata keçiriləcəkdir. Layihə çərçivəsində hazırlanacaq vəsait regionlarda yerləşən ali təhsil müəssisələrində təhsil alan gənclərin elmi tədqiqatçı olma yolunda qarşılaşacağı problemlərin həll olunmasına kömək edəcəkdir. Belə ki bu layihə çərçivəsində seminarlarla yanaşı istiqamətverici kitabçanın da hazırlanması nəzərdə tutulmuşdur. Hazırlanacaq kitabçada aşağıda göstərilən mövzularda məlumatlar veriləcəkdir:
- Elm nədir?
- Elmi dərəcələr
- Akademik tədqiqatçıda lazım olan xarakterik xüsusiyyətlər
- Elmi tədqiqatçı olmaq üçün görüləsi işlər
- Elmi tədqiqatçı olmaq istəyənlərə tövsiyələr
- Tədqiqat zamanı informasiya texnologiyalarından səmərəli istifadə
- Akademik karyeranın üstünlükləri
- Akademik karyeraya ilk addım
- Akademik karyera qurmağa qərar verən birisi nə etməli?
- Doktorantura oxumağın faydaları
- Xaricdə magistratura təqaüdləri
Layihənin ilk mərhələsi 26.10.2019-cu ildə Quba, ikinci mərhələsi 02.11.2019 Şamaxı, üçüncü mərhələsi 16.11.2019 Lənkəran şəhərlərində keçirilməsi planlaşdırılır.

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyi

Daxil olundu: 24.09.2019 » Oxundu: 1398
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!