Azərbaycan Gənclər Fondunun elan etdiyi XII Qrant müsabiqəsində “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” adlı qalib olmuş layihənin 2-ci təlimi 02.11.2019-cu il tarixində Şamaxı şəhərində baş tutdu. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilən tədbirdə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədr müavini, layihənin rəhbəri dosent Ruslan Abdullayev layihə haqqında geniş məlumat verdi və Gənclər Fonduna, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kollektivinə öz təşəkkürünü bildirdi. O, öz çıxışında layihənin məqsədinin regionlarda yerləşən ali təhsil müəssisələrində təhsil alan gənclərimizdə elmə marağı artıraraq onları müxtəlif elm sahələrində araşdırma aparmağa sövq etmək olduğunu vurğuladı.
Sonra təlimçi dosent Rəşad Səlimov təlimdə iştirak edən müəllim kollektivini və gəncləri salamlayaraq öz təqdimatına başladı. Təlimdə tədqiqatçı üçün zəruri xüsusiyyətlər, tədqiqatçı olmaq üçün görülməsi vacib işlər, tədqiqatçı olmaq istəyən gənclərə tövsiyələr, elmi tədqiqat zamanı İKT vasitələrindən səmərəli istifadə, akademik karyeraya ilk addım, akademik karyeranın üstünlükləri, akademik karyera qurmaq üçün nə etməliyik, doktorantura oxumağın faydaları, xaricdə magistratura təqaüdləri və s. bu sahədə baş verən yeniliklər onların tətbiqi kimi məsələlər müzakirə edildi. Daha sonra layihə iştirakçıları onları maraqlandıran sualları təlimçiyə ünvanladılar.
Yekunda layihə rəhbəri təlimdə fəal iştirak edən hər kəsə təşəkkür edərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzu etdi və təlim iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi.

Kriteri.az

Daxil olundu: 02.11.2019 » Oxundu: 1672
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!