Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar.
İnsan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
General-mayor Polad Həşimovun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.
Kriteri.az saytının kollektivi olaraq biz də vətən uğrunda şəhid olan bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk.

Kriteri.az

Daxil olundu: 15.07.2020 » Oxundu: 779
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!