Rəfiqə xanımı Hacıqabulda hər kəs xeyirxah, mehriban və şəfalı əlləri olan bir həkim kimi tanıyır. Uzun illərdir ki, Mərkəzi rayon xəstəxanasında çalışır. Bu illər ərzində yüzlərlə pasienti olub. Onların hər biri Rəfiqə xanımdan xoş təəsuratla ayrılıb. Çünki hə zaman onun şəfqətli qəlbinin, gülərüz simasının şahidi olublar.
Rəfiqə Həmzəyeva 1954-cü ildə Mingəçevir şəhərində anadan olub.1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini mama-ginekoloq ixtisası üzrə bitirmişdir. Elə həmin vaxtdan Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində işləyib. 2001-ci ildən hazırda işlədiyı doğum şöbəsinə müdir təyin olunub. Rəfiqə xanım məlumat üçün bildirdi ki, şöbə 15 çarpayılıqdır. Burada 25 tibb işçisi çalışır. Xəstələrə gün ərzində 3 dəfə isti yemək verilir. Həmçinin lazım olan bütün dərmanlar verilir. Şöbədə əsasən təcrübəli tibb işçiləri çalışır. Onlardan Mustafayeva Sona ,Abdülrəhmanova Pirxanım, Bəşirova Sevinc, Xaliqova Narxanım və başqalarını nümunə göstərmək olar.
Bölgələrimizdə müasir dünya səviyyəsində olan tibbi xidmətlərin yaradılması Azərbaycan xalqının sağlamlığının qorunmasına verilən böyuk dəyərdir. Ümumiyyətlə Azərbaycanın hərtərəfli inkişafı, uğurlu tərəqqisi artıq reallıqdır. Bir azərbaycanlı olaraq inanıram ki, qarşıda bizi daha böyuk uğurlar gözləyir. Bunun üçün sadəcə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının siyasi mövqeyinə dəstək olmaq, öz sahəmiz üzrə xalqımıza,vətənimizə xeyr vermək lazımdır.
Rəfiqə xanım öz işini çox sevir. O, deyir ən gözəl müsiqi körpə səsi, körpə qığıltısıdır deyənlər necə də doğru deyiblər. Həqiqətən də hər bir körpənin dünyaya gəlişi əsl həyat möcüzəsidir. Bundan böyük sevinc, bundan böyük fərəh ola bilməz. Axı dünyanın gələcəyi məhz bu körpə varlıqlardır.
Rəfiqə xanım həm də evinin ləyaqətli qadını, uşaqlarının qayğıkeş anasıdır. Bu ailəni əslində həkim ailəsi adlandırmaq olar, çünki bir evdə 3 həkim yaşayır. Rəfiqə xanımın həyat yoldaşı Ağalar Quliyev Hacıqabul Dəmir yol xəstəxanasının baş həkimidir. Qızı Aynur həkim fizioterapevt işləyir.
Oğlu Elnur Quliyev Bosniya şəhərində səfir, Elxan isə Vəkillər Kolegiyasının üzvudur. Vəkil işləyir.
Rəfiqə xanıma işində və ailəsində uğurlar,sevincli günlər arzu edirik.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 02.01.2019 » Oxundu: 1538
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!