Səhiyyə İşçiləri Azad Həmkarlar İttifaqı Hacıqabul Rayon Şurasının sədri Hacı Vaqif İbrahimovdur. O, 2007-ci ilin oktyabr ayından bu vəzifəyə təyin olunub.
Hacı Vaqif 1956-cı ildə Hacıqabul rayonunda anadan olub. 1978-ci ildə stomatoloq ixtisası üzrə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1979-cu ildən rayonda stomatoloq kimi fəaliyyət göstərir. "İnsan hansı sənətin sahibi olursa olsun, bu bacarığın ona Tanrı tərəfindən verildiyini unutmamalı və öz istedadı, bacarığı ilə fəxr etməkdənsə, bu Tanrı nemətini insanların rahatlığına, sağlamlığına, xoş güzəranına sərf etməlidir", - söyləyir Vaqif həkim.
SİAHİ Hacıqabul Rayon Şurasının hazırda 295 üzvü var. Burada hər bir iş, demək olar ki, plan üzrə aparılır və görülən hər bir işin kökündə xeyirxahlıq, humanizm dayanır. Həmkarlar komitəsində bütün mədəni-kütləvi tədbirlər vaxtlı-vaxtından keçirilir, bayram şənlikləri, ad günü yubileyləri yüksək səviyyədə qeyd edilir. Kimsəsizlər, şəhid ailələri, qaçqın və köçkünlər komitənin nəzər-diqqətindən kənarda qalmır və vaxtaşırı onlara maddi yardımlar edilir, mənəvi dəstək olmağa çalışılır. Vaqif həkim şəxsən stomatoloji xəstəliklərlə bağlı ona müraciət edən hər bir hərbiçinin xidmətində pulsuz durur.
Vaqif həkim ailəlidir. 3 övlad atasıdır. Lakin həyatının ən böyük sevincini, həyəcanını 40 yaşında müqəddəs Həcc ziyarətində olarkən yaşayıb. O xoş anların şirin təəssüratı Hacı Vaqifin yaddaşında hələ də eynən yaşamaqdadır və yəqin ki, bütün ömrü boyu da elə belə olacaq. Doğrudan da yaşamağa dəyən duyğulardır.
Hacılar-hacısı, ay Hacı Vaqif... Siz Hacıqabulda bir Hacısız, ay Hacı Vaqif...

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 02.01.2019 » Oxundu: 716
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!