Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədri Hikmət Xəlilov 29 mart 1977-ci ildə Masallı rayonunun Göçəkli kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 2011-ci ildə Lənkəran Dövlət Universitetini bitirib. Hərbi xidmətini sərhəd qoşunlarında başa vurub. Ordudan sonra isə Masallı RİH-nin Hüquq şöbəsində məsləhətçi işləyib. 2015-ci ilin yanvar ayında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə sədr təyin edilib.
İdarənin 100 nəfər daimi işçisi var. Əlavə olaraq «Dost iş» mərkəzindən 650 işçi çalışır. Burada orta aylıq əmək haqqı 250 manat civarındadır.
Hikmət müəllim Mənzil-kommunal təsərrüfatı müəssisəsinin əsas vəzifə və funksiyalarından söz açdı. Qeyd etdi ki, idarənin əsas işi mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirmək, kommunal təsərrüfatının və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil etmək, mənzil fondunun uçot qaydasını müəyyən etmək, mənzil kirayə haqlarının və məişət tullantılarının daşınması haqlarının yığılmasını təmin etmək, əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini təmin etmək, həmçinin mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasını və istismarını təmin etmək, əhatə etdiyi ərazidəki çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini və məişət tullantılarının daşınmasını təmin etmək və s.-dir. Hikmət müəllim bildirdi ki, müəssisə əsasən şəhərin zibil tullantılarını təmizləyib paliqona aparır. Kəndlərdə isə bu zibillərin yığılması ilə bələdiyyələr məşğul olur.
İdarənin hazırda 13 texnikası var. Hikmət müəllim yeni texnikaya ehtiyac olduğunu da söylədi. Müəssisə şəhərin 23 hektarlıq yaşıllıq ərazisinə də xidmət edir. Burada əsasən dekorativ ağaclar, küknar, şam ağacı və onun müxtəlif növləri və s. ağaclar yetişdirilir. Müəssisə, həmçinin şəhər fontanına də nəzarət edir. Fontana suyun əlavə edilməsi, gecə işıqlandırılması müəssisənin nəzarətindədir.
İşlərin RİH-nin başçısı Rafil Hüseynovun nəzarəti ilə həyata keçirilmə sürət və keyfiyyətə xidmət edən amillərdəndir. Rayonda qışa hazırlıq işləri lazımi səviyyədədir. İdarənin nümunəvi işçilərindən Əjdər Həsənovun, Polad Məsimovun, Eldəniz İbrahimovun, Vüqar Bəşirovun, Mehmanın və digərlərinin adını çəkmək yerinə düşərdi.
Hikmət müəllim Msallının bu günündən də fərəhlə söz açdı. Qeyd etdi ki, rayonda aparılan quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bütün bölgələrdə olduğu kimi, Masallının da inkişafına güclü təkan verib. Proqramda nəzərdə tutulmuş işlər uğurla həyata keçirilib. İstifadəyə verilən istehsal və xidmət obyektləri, sənaye məhsulu istehsalının, "Azərbaycan brendi” adı ilə hər il xarici ölkələrə ixrac olunan sənaye məhsulların çeşidlərinin artmasını rayonda həyata keçirilən iqtisadi islahatların, sahibkarlığa yaradılan şəraitin ürəkaçan nəticəsi kimi dəyərləndirmək olar. Son illər rayonda müasir tələblərə cavab verən istirahət mərkəzlərinin və turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi təkcə ölkə əhalisinin deyil, həm də əcnəbilərin Masallıya axınına səbəb olub.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 05.12.2019 » Oxundu: 1201
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!