Lənkəran rayonu Türkəncil kənd orta məktəbi 1937-ci ildən fəaliyyət göstərir. 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfində yeni məktəb binasının inşasına başlanılmışdır. Məktəbin bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Məktəbin direktoru Sərraf Hüseynov söhbət zamanı bildirdi ki, məktəbin tikintisinə rayon rəhbərliyi tərəfindən ciddi nəzarət var. Qış ayları olmasına baxmayaraq tikinti Lənkəranın ucqar dağ kəndində yüksək keyfiyyətlə aparılır.

Kriteri.az

Daxil olundu: 10.02.2019 » Oxundu: 1228
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!