Respublikamız sosial-iqtisadi və demokratik inkişaf yolu ilə inamla irəliləyir, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti durmadan inkişaf edir. 7 fevral növbədənkənar prezident seçkiləri ərəfəsində alternativ namizədlərin meydana çıxması şübhəsiz idi. Lakin bir Azərbaycan vətəndaşı olaraq düşünürdüm ki, xalqımız məhz İlham Əliyevin xeyrinə seçim edəcəkdir və əmin idim ki, bu, Azərbaycan cəmiyyəti üçün ən doğru və düzgün seçim olacaqdır. Çünki Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı, bütün dünyada xalqımızı, dövlətimizi qalib xalq, qalib ölkə kimi tanıdan İlham Əliyev prezident seçkilərində də qalib gəlmək üçün çox yüksək şansa malik idi. Nəinki ölkəmizdə, hətta bütün dünyada da yüksək nüfuzu olan bir lider kimi ən layiqli namizəd məhz odur. Səsvermənin nəticələri göstərdi ki, ölkə əhalisinin əksəriyyəti mənimlə eyni fikirdədir.
Unutmaq olmaz ki, cənab İlham Əliyevin uzaqgörən, əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksələn inkişaf mərhələsinə çatıb. Respublikamızın dünya ölkələri sırasında layiqli yer tutması onun xalqımız və dövlətimiz naminə reallaşdırılan məqsədyönlü siyasətinin, düşünülmüş inkişaf proqramının məntiqi nəticəsidir. İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bugününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa, ölkəmizin inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir.
Azərbaycanın bir dövlət olaraq dünyada öz layiqli yerini tutması, inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev hər zaman öz xalqı ilə birlikdə olub, mahir bir siyasətçi kimi ölkəni tarixin ən çətin sınaqlarından məharətlə çıxarıb, müasir Azərbaycan dövlətini qurub, onu beynəlxalq aləmdə tanıdıb. Çox sevindirici haldır ki, bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir.
Bütün sahələrdə ildən-ilə inkişaf edən ölkəmizin hərbi qüdrəti, ordumuzun gücü artıq bütün dünyaya məlumdur. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaət və qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «dəmir yumruğ»u ilə düşmənin başını əzməsi və xalqımızın möhtəşəm birliyi bizə Böyük Zəfərimizi qazandırdı.
İlham Əliyevə səs verməklə dövlətimizin uğurlu gələcəyinə, vətəndaşlarımızın firavan həyatına və övladlarımızın xoşbəxt gələcəyinə səs verdiyimizi düşünürəm və inanıram ki, bu düşüncəmdə çox haqlıyam.

İsmayıl ƏVƏZOV
Göygöl Suvarma Sistemləri idarəsinin rəisi

Daxil olundu: 11.02.2024 » Oxundu: 2377
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!