Azərbaycan-Ukrayna Alyansının sədri Elmar Məmmədovun təşəbbüsü ilə Azərbaycandan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin Ukraynanın Truskavetsk şəhər 2 saylı gimnaziyası ilə qardaşlaşdırılması məqsədilə qardaşlaşdırma memorandumunu imzalamaq üçün Sabir qəsəbə tam orta məktəbin müəllim heyəti Truskavetsk şəhərinə dəvət olunmuşdur.
Noyabrın 13-də alyansın sədri Elmar Məmmədov Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşovanı və məktəbin müəllimi Vəfa Vahidovanı öz ofisində qəbul etmişdir. Görüşdən sonra alyansın sədri Gülnurə Babaşovanı elm və təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının qərarına əsasən "İlin müəllimi" mükafatı ilə təltif etmişdir.

Kriteri.az

Daxil olundu: 14.11.2018 » Oxundu: 913
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!