Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışı olub.

Açılış mərasimində nazir İnam Kərimov da iştirak edib.

O bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi bütün aqrar xidmətlərin vahid mərkəzdən göstərilməsidir.

“Mərkəzdə 68 xidmət təqdim olunur. Əsas məqsəd şüarımıza uyğun olaraq fermerlərin yanında olmaqdır”, - nazir deyib.

İ.Kərimov həmçinin bildirib ki, yaxın 3 il ərzində 10 minə yaxın könüllünün aqrar sektora cəlb edilməsi, bununla bağlı ayrıca proqramın həyata keçirilməsi nəzərdə tutulub.

“Hər bir DAİM-də könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır”, - o əlavə edib.

Daxil olundu: 27.11.2018 » Oxundu: 679
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!