Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin olunub. Bu barədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Fondun direktoru Sabir Əhmədov idi. Sabir Əhmədov isə Prezidentin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyinat alıb.
Məlumat üçün qeyd edək ki, Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. O, iqtisadçı, iqtisad üzrə fəlsəfə doktorudur.
1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyib.
Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib.
Ailəlidir. İngilis, rus, türk dillərini bilir.

Kriteri.az

Daxil olundu: 15.11.2018 » Oxundu: 1825
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!