“Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

“Report”un əldə etdiyi məlumata görə, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Layihə parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

Daxil olundu: 22.10.2020 » Oxundu: 626
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!