Həsənova Tünzalə
Hüseynli Nəzrin
Məmmədli Nərmin

Bakı Avrasiya Universitinin Filologiya fakültəsinin
Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 2-ci kurs tələbələri

 


Multikulturalizm termini və onunla əlaqədar anlayışlar müasir humanitar-siyasi leksikonlar ən çox işlənilən neologizmlər kimi özünü təsdiq etmişdir.Bununla əlaqədar olaraq, bu terminə, eləcə də onun arxasında duran daha geniş sosial-fəlsəfi və etnik-mədəni məzmuna aydınlıq gətirmək olduqca vacibdir. Hərfi mənada ‘multikulturalizm’çoxmədəniyyətlilik deməkdir. Latın dilimdə tərcümədə ‘multi’ çox mənasını ifadə edir. Mürəkkəb sözlərin əvvəlində yazılır və predmentlərin çoxluğunu, eynicinsli hərəkətlərin, funksiyaların çoxhədliliyini bildirir. ‘Kultura’ isə ilkin mənada tərbiyə, təhsil, iqtisadi inkişaf ,dil ,elm, din, incəsənət, davranış, etiket və s. kimi anlayışlarla assosiasiya olunur. Multikulturalizm ilk dəfə e.ə 160-cı ildə Qədim Roma siyasətçisi və yazıçısı Böyük Mark Porsiy Katon tərəfindən əkinçilik haqqında traktatda işlədilmişdir.
Azərbaycan öz multikultural təhlükəsizliyini təmin etmək məqsəd ilə çoxmədəniyyətli cəmiyyətin vacib komponentləri sayılan milli azlıqlar və dini konfessiyalarla bağlı qanunvericilik bazasını formalaşdırmış və bu çərçivədə Azərbaycan BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu günə kimi 50-dən artıq beynəlxalq sənədə tərəfdar çıxmış, bu sahədə beynəlxalq öhdəliyin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycanda multikulturalizm siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoymuşdur. Yeni tarixi şəraitdə bu siyasət ölkə Prezidenti İlham əliyev tərəfindən uğurla aparılıır. Bunun əsas göstəricisi kimi bütün cəmiyyət daxilində müxtəlif etnik qrupların və dini icmalaın inteqrasiya olmalarıdır. Bu etnik, siyasi, iqtisadi, dini zəmində basş verəcək münaqişələrin qarşısını almaqda mühüm rol oynayır.
Ontoloji baxımdan insan varlığının nəzəri əsaslarını ‘idea’ onun yüksək təşəkkülü və sistemləşdirilmiş forması olan ‘idealogiya’ təşkil edir.İdea hər bir fərdin, şəxsiyyətin və bəşəriyyətin mövcudluğunu əsil mütərəqqi məzmun verən onu bu gündən sabaha aparan insan həyatına dəqiq və cilalanmış stimul gətirən məfhum kimi nəzərdə tutulur.
Müasir dövlətlərin idarəçilik prinsipləri bir qayda olaraq, sivil və yaxud dini idealara əsaslanır. Hər iki halda isə onlar mövcud etnosun siyasi hakimiyyətinin davamlı və uzunömürlü olmasına, həmçinin, titul millətin dövlət yaratmaq və onu qorumaq istiqamətində birləşdirici və tənzimləyici funksiyaları uğurla həyata keçirilməsinə real və potensial separatizm tam minimuma endirməsinə xidmət edir.
XX əsrdə təşəkkül tapmış etnik-siyasi birliklər, qloballaşan milli-siyasi və ictimai- mədəni münasibətlər sistemində öz varlıqlarını qoruyub saxlamaq üçün əsrlərin sınağından çıxmış ideologiyalarını özlərinə bayraq seçdilər.
Müasir dünyanın planetar miqyasda etnik-siyasi məzmunu beynəlxalq münasibətlər bir cəmiyyət münasibətlərdir. Bu tipli ictimai nmünasibətlərin olduqca qədim sivilizasiyalara gedib çıxan bir tarixi vardır. ‘Beynəlxalq münasibətlər’ termini elmi dövriyyəyə daxil etmiş ingilis filosofu Ceremi Bentam iddia edirdi ki, bu termin altında ilk növbədə çox böyük milli dövlətlər arasında kortəbii şəkildə yaranan xüsusi münasibətlər başa düşülməlidir.Belə münasibətlərin əsas məzmununu isə, bir qayda olaraq, siyasi müasibətlər təşkil etməlidir.
Azərbaycanda multikulturalizmin meydana gəlməsini şərtləndirən amilləri iki qrupa bölmək olar: obyektiv və subyektiv amillər.
Obyektiv amillərə ilk növbədə tarixi və coğrafi faktorlar daxildir. Tarixi faktor Azərbaycan multikulturalizminin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Azərbaycan çoxmədəniyyətli və çox ənənəli dövlətdir. Respublika ərazisində müxtəlif dünya xalqalarının nümayəndələri birlikdə əminamanlıq və sülh şəraitində yaşamışlar. Azərbaycanda multikulturalizmin meydana gəlməsində coğrafi faktorun roluna gəldikdə isə bunu qeyd etmək lazımdır ki, Azərbaycan olduqca əlverişli və təbii imkanları olan bir coğrafi məkanda yerləşir.
Multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına, burada yaşayan müxtəlif xalqların və etnik qrupların etnik-mədəni dəyərlərini qorunması və bunun nəticəsində onların cəmiyyət daxilində inteqrasiya olmalarına səbəb olur.
Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azdalıqların kontekstində görürdü. Ulu Öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası onun qeyd etdiyi kimi ‘dinindən, dilindən, irqindən asılı olmayaraaq Aazərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik’ olmalarını təmin etməli idi.
Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyinin artırır. Ölkənin daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm onun xarici siyasətinə təsir etməsi təsadüfü deyil. O, bir növ qanunauyğunluqdur. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu münasibətlə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinə təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridir.
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan eyni zamnada ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi xüsusi ilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və sponton mahiyyətət malik idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusuluq psixoloji və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejmin içinə daxil etməyə hazır idi.
Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynaması ideyasına əsaslanaraq Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkənin xarici siyasətinə müsbət təsir göstərmək nəticəsində xarici siyasət nəticəsində xarici siyasət sahəsində əldə etdiyi müəyyən uğurların səbəblərini anlamaq mümkündür. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni mənsubiyyətlərindən asılı olmayraq bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dioloqun inkişafı üçün əlverişli şərait yaradır.
Tanınmış politoloq Samuil Hantinqton ‘Sivilizasiyaların toqquşması və dünya düzəninin yenidən qurulması’ adlı əsərində göstərir ki, dünya kommunist sisteminin dağılması soyuq müharibəyə son qoymaqla bir-birinə zidd olan iki ictimai-siyasi sisteminin siyasi, hərb, iqtisadi və ideoloji qarşıdurmasını aradan qaldırdı. Bunun nəticəsində ‘ yeni dünyada xalqlar arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır’. Onun fikrincə, müasir dövrdə ictimai inkişafda etnik-mədəni dəyərlərin mədəniyyətin aparıcı rol oynaması sivilizasiyaların toqquşmasını zəruru edir. Hantiqtonun bu fatalist və pessimist ruhda verdiyi təhlükəli proqnozunun yalnış olduğu multikulturalizm ideyalarına əsaslanan Azərbaycan Respublikasinin beynəlxalq münasibətlər sahəsind\ki fəaliyyəti onun xarici siyasəti sübut edir. Belə ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dioloqun təşviq olmasıdır. Qeyd edək ki, bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş ‘Bakı prosesi’-ni qeyd etmək olar.
‘Bakı prosesi’ - müxtəlif mədəniyyətlər arasında dioloqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsüdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikilturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində mədəniyyətlərarası və sivilizasiyalararası dioloqun inkişaf etdirilməsinə xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilmişdir’.
XX əsrin 80-ci illərin sonu 90-ci illərin əvəllərində dünyada baş verən sosial-iqtisadi və ictimai-siyasi proseslərlə əlaqədar cəmiyyətdə, xüsusuilə də etnik-siyasi münasibətlər sistemində din amili öz mövqelərini tədricən bərpa etməyə başladı. Dini fikrin, dini praktikanın və dini institutların daha dərin sosiyal-siyasi mahiyyət kəsb etməsi yenidən gündəmə gəldi. İnsanlar uzun müddət ‘ateizm siyasətinin qurbanı olmuş dini hisslərin’ intibahına dini ayinlərin, bayramların və ənənələrin rəsmi şəkildə qeyd olunmasına məbədlərin, məscidlərin, sinaqoqların və digər dini xarakterli obyektlərin tam bərpasına kommunist irticasında nəticəsində müsadirə olunmuş dini əmlakın əvvəlki sahiblərinə qaytarılması xüsusi sevinclə və hətta həddindən artıq pafosla reaksiya verməyə başladılar.
Azərbaycandakı multikultural durumu daha da möhkəmləndirmək məqsədilə ölkə başçısı tərəfindən həyata keçirilən mühüm əhəmiyyət kəsb edən praktiki işlərdən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təsis edilməsi olmuşdur. BBMM-nin yaradılması Prezident İlham Əliyevin Azərbaycandakı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərdən biri olması ilə bərabər, Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dioloqun inkişafına yönəlmiş bir sıra böyük layihələr həyata keçirir.
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dioloqun inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində radığı nüfuzun nəticəsi olaraq 2011-ci ildə Azərbaycanın beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə əlavə olundu. Həmin il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına yeni üzv seçilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2012-ci il sentyabrın 21-də 10 istiqamət üzrə yeni tapşiriq və vəzifələr müəyyən etməsindən sonra ölkənin əsas xarici siyasət fəaliyyətini həyata keçirən strukturların, təşkilatların və müəssisələrin üzərinə ciddi tarixi vəzifələr qoyulmuşdur. Bu vəzifələr sırasında Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış çox zəngin tarixi nümunəsində dünyada multikulturalizm və tolerantlıq meyllərinin inkişafına töfhələr verilməsi, mədəni diplomatiya siyasətinin inkişaf etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması, dünya azərbaycanlıları və diaspor təşkilatları ilə tam əlaqələrin daha da gücləndirilməsi onların fəaliyyətinin dəstəklənməsi və digər məqamlar yer almışdır.
Sözügedən vəzifələr ölkənin mövcud xarici siyasətinin keyfiyyətcə yeni bir səviyyəyə çıxmasını ifadə edir. Burada söhbətin dünyanın fövqəl dövlətlərinin və beynəlxalq təşkilatların ən ciddi diqqət və əhəmiyyət verdiyi məqamlardan getdiyinin dərk etmək çox vacibdir. Çünki mədəni, mənəvi, əxlaqi və bu kimi dəyərlərin geniş yayılması vasitəsilə həmin dövlətlər planetar miqyasda öz nüfuzlarını və təsir qüvvələrini fövqəladə şəkildə artırırlar. Belə hal müasir geosiyasi nəzəriyyələrdə ‘yumşaq güc siyasəti’ adlanır.
Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, konkret şəkildə ‘mədəni diplomatiya’ kimi siyasi aktiv şəkildə həyata krçirir və bu müstəvidə dəqiq hazırlanmış bir proqrama malikdir. Məhz bu prinsiplər əsasında reallaşdırılan çox məntiqli və uzaqgörən siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi edib.
Xarici siyasət bir dövlətin digər dövlətlərlə və xalqlarla münasibətlərinin tənzimlənməsi istiqamətlərində həyata keçirilən siyasət növüdür. O, dövlətin beynəlxalq arenada daim meydana çıxan tələbatlarının reallaşdırılması işini təmin edir. Xarici siyasətin əsas mahiyyəti dövlətin və onu təmsil edən xalqın milli maraqlarını müdafiə etmək bacarığından ibarətdir.
Xarici siyasət beynəlxalq miqyasda olan münasibətləri xalqın və dövlətin məqsəd və prinsiplərinə uyğun şəkildə, müxtəlif metodlardan və vasitələrdən istifadə etməklə tam həyata keçirir. Bu baxımdan bu gün Azərbaycan və digər dünya ölkələrində reallaşdırılan multikulturalizm siyasətinin tənzimlənməsində səmərəli tədbirlər sistemi kimi qiymətləndirmək lazımdır.
Qloballaşma şəraitində multikulturalizm siyasəti yeni bir siyasi model kimi bir çox dünya dövlətləri tərəfindən tətbiq olunan uğurlu modeldir. İstər ənənəvi milli azlıqlar, istərsə də miqrasiya fonunda formalaşmış yeni milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı seçkilik hallarının aradan qaldırılması dövlətlərin suverenliyi baxımından həyati önəm daşıyır.
Azərbaycan Xalq Cümhuriyyəti dğvründə Bakı dünyanını ən çox mədəniyyətli şəhərlərindən biri olmaqla bərabər burada dini etnik və zəmində əhali arasında qarşıdurma münaqişə müşahidə olunmamışdır. Parlamentdə ölkədə yaşayan bir neçə xalqın nümayəndələri deputat kimi fəaliyyət göstəriridilər. Burada bəzi milli azlıqların siyasi təşkilatları da təmsil olunmuşdur. Bundan başqa milli azlıqların nümayəndələri hökumətin tərkibində yüksək vəzifələr tuturdular. Azərbaycan da əlverişli şəraitin yəni multikultural mühitin olması tarixin müxtəlif mərhələlərində təqib olunan xalqların nümayəndələrinin kütləvi səkildə bura köçmə səbəblərindən olmuşdur.
Azərbaycanda həyata keçirilən sırf multimədəni məna və məzmun ifadə edən tədbirlərin – Avroviziya mahnı müsabiqəsinin, Avropa idman oyunlarının, İslam həmrəyliyi oyunlarının, müxtəlif xarakterli forumların ayrı-ayrı ölkələrin tələbələrinin iştirakı ilə BBMM-in təşkil etdiyi yay və qış məktəblərinin digər mahnı və musiqi festivallarının xüsusi əhəmiyyəti vardır.
Multikulturalizm siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyətinin məqsədinin şərtləndirən əsas amil – ölkənin dünya birliyinə inteqrasiyasına, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində millimənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməkdir. Ulu Öndər Heydər Əliyevin zəngin irsindən bəhrələnərək Fond bu istiqamətlərin inkişafına xidmət edən müxtəlif proqram və layihələr həyata keçirir.
Beynəlxalq münasibətlər dövlətlərin gücə əsaslanan qarşılıqlı təsiridir, başqa sözlə isə güclərin balanslaşdırılması aktıdır. Bu aktın realaşdırılmasında qüdrətli dövlətlər aşkar üstünlüyə malik olurlar, digər dövlətlər isə mövcud vəziyyətə münasibətlərini, öz daxili və xarici siyasət prioritetlərini ‘fövqəlgücün tələblərinə uyğun yaxud ən azı bu təlblərə zidd olmadan’ həyata keçirməyə məcburdurlar. Qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlərin təbiətini dəyişdirmək mümkün deyil, yalnız siyasi qüvvələrin konfiqurasiyasında bəzi dəyişiklik etmək mümkündür. Beynəlxalq münasibətləri və onunla bağlı olan dünya nizamını elmi cehətdən Beynəlxalq münasibətlər sistemində geosiyasət fenomeni xüsusi məzmun və əhəmiyyət kəsb edir.
Müasir qlobal siyasəti icra edən və rəsmi statusa malik olan aktorlar həqiqi söz sahibi deyillər. Planetin idarə olunması kimi möhtəşəm və son dərəcə mürəkkəb struktura malik olan işi isə gizli fəaliyyət göstərən dünya hökuməti resllsşdırır. Bu o anlama gəlir ki dünyanın fövqəl dövlətləri və digər siyasi subyektlər arasında münasibətlər əsla anarxiya xarakteri daşımır və qeyri-rəsmi nüfuz sahiblərinin tərtib etdikləri proqrama tam uyğun olaraq qurulur və konkret ssenari üzrə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, böyük dövlətlərin öz nüfuzları uğrunda daha kəskin mübarizə apardıqları müasir qlobal cəmiyyətdə polietnik tərkibli və sosial-siyasi kataklizmlərdən kifayət qədər sığortalanmamış dövlətlər üçün mürəkkəb geosiyasi vəziyyət yaranmışdır. Onlar ərazi bütövluyunu qorumaq və multimədəni təhlükəsizliyi təmin etmək üçün daha da fəal olmağa məcburdurlar. Bunun üçün sözü gedən dövlətlər sosiumu daxildən parçalamaq üçün fövqəlsiyasətin əlindən ‘ən effektli silah olan’ separatizm hərəkatına yol verməmək ,cəmiyyətin davamlı inkşafına əsil təminat vermək üçün, multikulturalizmi daxili siyasət müstəvisindən çıxarır və xarici siyasət obyektinə çevirirlər.
Nəticə olaraq bu qənaətə gəlirik ki, Azərbaycan ta qədimdən multikultural dövlət olmuşdur. Müasir dövrümüzdəki məscid məbəd kilsə və başqa dini ayinləri icra etmək üçün nəzərdə tutulmuş bu yerlər multikultural dövlət olmağımızın sübutudur. Gələcək zamanlarda bütün dövlətləri multikultural görmək diləyi ilə...

Daxil olundu: 14.11.2019 » Oxundu: 4544
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!