Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsinə yeganə namizəd olub.

Bu barədə Ermənistan Milli Məclisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib.

Bu gün namizədliyin irəli sürülməsi üçün müddət başa çatıb.

Ermənistan qanunlarına görə, ölkə parlamentinin sədri Baş nazir vəzifəsinə namizədlik irəli sürüldükdən sonra xüsusi iclas təyin etməlidir.

Qeyd edək ki, N.Paşinyan oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa vermişdi.

Daxil olundu: 23.10.2018 » Oxundu: 1237
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!