Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2018-ci il

Daxil olundu: 15.11.2018 » Oxundu: 1747
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!