Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Emin Əmrullayev 1982-ci ildə anadan olub. Bakının Yasamal rayonunda yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.
1999-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
2003-cü ildə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından "İnzibati idarəetmə" ixtisası üzrə məzun olub.
2004-cü ildə Budapeştdə Avropa Hüquqları Mərkəzində çalışan Emin Əmrullayev, 2005-2007-ci illərdə Katolik Yardım Xidmətində proqramçı, 2005-2009-cu illərdə isə Qafqaz Universitetində müəllim olaraq çalışıb.
Emin Əmrullayev 2012-ci ildə ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təsil almış şəxs kimi ehtiyat kadrlar siyahısına daxil edilib.
2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.
E.Əmrullayev daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.

Kriteri.az

Daxil olundu: 27.07.2020 » Oxundu: 33
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!