Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri başlayıb.

Kriteri.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

“Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb. Hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb”, - bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a deyib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

Daxil olundu: 11.01.2021 » Oxundu: 524
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!