Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Araslı Nüşabə Həmid qızı
Məmməd Tahirə Qəşəm qızı.

Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Alışanov Şirindil Həsən oğlu
Quliyeva Mahirə Həmid qızı
Yusifov Vaqif Əziz oğlu.

Kriteri.az

Daxil olundu: 06.11.2018 » Oxundu: 1032
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!