“Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Və müharibə dövründə dəfələrlə mən Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin nə vaxt bizim torpaqlarımızdan onlar öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq, əks təqdirdə axıra qədər gedəcəyik. Və bunu etdik. Beləliklə, bizim şanlı qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Göstərdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər sülh yolu ilə bu məsələ öz həllini tapmasa, hərbi yolla biz bu məsələni həll edəcəyik. Və belə də oldu. Hərbi yolla, ondan sonra siyasi yolla məsələ həll olundu. Və tarixi ədalət bərpa edildi ”, - Prezident əlavə edib.

Daxil olundu: 07.01.2021 » Oxundu: 40
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!