Noyabrın 18-dən 20-sinədək Qala Şahmat Klubu III və IV dərəcə uğrunda Avantaj Tədris Mərkəzində İsveçrə sistemi ilə 9 turdan ibarət təsnifat turniri keçirmişdir. Yarışların baş hakimi FİDE hakimi, Qala Şahmat Klubunun direktoru Hüseyn Vəli oğlu Tağıyev olmuşdur. Yarış III dərəcə uğrunda 14, IV dərəcə uğrunda isə 50 şahmatçı təsnifat turnirində iştirak edib. Gündə 3 oyun olmaqla 3 gün keçirilən yarışda ümumilikdə hər bir şahmatçı 9 oyun oynamışdır. Təsnifat turnirinin 3-cü günü topladıqları xala görə qaliblər və dərəcə alan şahmatçılar müəyyənləşdirilib. Belə ki, III dərəcə uğrunda yarışda 1-ci yeri 9 xalla Əliyev Tofiq, 2-ci yeri 6 xalla Əlizadə Turan, 3-cü yeri 6 xalla Cəfərova Türkan; IV dərəcə uğrunda yarışda isə 1-ci yeri 8,5 xalla Sadıqov Elgün, 2-ci yeri 8 xalla Kazımov Ənvər, 3-cü yeri 7 xalla İlqarzadə Rauf tutmuşlar. Sonda qalib şahmatçılara diplom, medal, kubok və uyğun dərəcələr verilmişdir.
Kriteri.az saytının kollektivi olaraq biz də yarışın qalib şahmatçıları təbrik edir, Qala Şahmat Klubunun direktoru, FİDE hakimi Hüseyn Tağıyevə gərgin və böyük zəhmətinə görə minnətdarlığımızı bildirir, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.

Kriteri.az

Daxil olundu: 24.11.2018 » Oxundu: 2208
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!