Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzində Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil etdiyi silsilə tədbirlər sırasında Virtual Qarabağ İKT Mərkəzinin istehsal etdiyi "Qarabağ-Əcdadlarımızın mirası" filminin təqdimatını keçirib. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Gənclər və İdman Nazirliyi Yanında İctimai Şuranın sədri, “Virtual Qarabağ” İKT mərkəzinin rəhbəri Nürəddin Mehdiyev və regional idarənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrin mədəniyyət əməkdaşları iştirak ediblər.
Öncə doğma vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov və Virtual Qarabağ İKT mərkəzinin sədri N.Mehdiyev mədəniyyət işçiləri ilə maarifləndirici söhbət aparıb, dövlətimizin gənclərin vətənpərvərlik ruhunun artırılması yönümündə gördüyü işlərə toxunublar. N.Mehdiyev təmsil etdiyi “Virtual Qarabağ” IKT mərkəzinin fəaliyyəti barədə danışıb, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılması istiqamətində apardığı işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərə, o cümlədən dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat verməyin vacibliyi qeyd olunub.
Tədbirin sonunda Virtual Qarabağ İKT mərkəzinin hazırladığı “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin nümayişi olub.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 11.07.2019 » Oxundu: 1955
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!