Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri sülhməramlıları Qarabağda yerləşdirmək üçün yeni modul bloklu şəhərcik salıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.

Nazirliyin məlumatına görə, bu, sayca dördüncü şəhərcikdir və 60 yer üçün nəzərdə tutulub.

"Modul qəsəbələrin tikintisi şəxsi heyət üçün rahat həyat və məişət şəraiti yaratmağa və səhra yemək məntəqələrindən, hamam, çamaşır yerlərindən, səhra anbarlarından imtina etməyə imkan verir", - nazirliyin xəbərində deyilir.

Mebel və məişət texnikası ilə təchiz olunmuş şəhərcik həyat şəraiti sisteminin bütün zəruri komponentlərini əhatə edir. Ərazidə hamam, tibb məntəqəsi, uniforma təmizləyici otağı, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

Daxil olundu: 01.02.2021 » Oxundu: 69
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!