“Qarabağın çaylarında ən müasir 13 avtomat hidroloji stansiyanın quraşdırılması planlaşdırılır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Real TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, stansiyalardan üçü Tərtər çayının üzərində yerləşəcək.

U.Tağıyevanın sözlərinə görə, bərpa işləri iqtisadiyyatın bütün sahələri üçün düzgün məlumatların lazımi formatda və müasir tələblərə cavab verəcək şəkildə çatdırmağa imkan yaradacaq.

Daxil olundu: 13.04.2021 » Oxundu: 507
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!