Qazax rayonu Su və kanalizasiya sisteminin layihə rəhbəri Sədi Namazovdur. O, Qazax rayonunun Çaylı kəndində anadan olub. Bakı İnşaat Mühəndisləri İnstitutunun Sənaye və Mülki Tikinti fakiltəsini bitirib. Sədi Namazov Səmərqənd və Qorki şəhərlərində sənayə obyektlərinin inşaasında mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycana isə 1983-cü ildə qayıdıb. O, ilk öncə Daşsalahlı gil kombinatında, daha sonralar Qazax konserv kombinatı və bir neçə məktəb və uşaq baxçalarının inşaasında iştirak edib.

2000-2007-ci illərdə Əmlak Komitəsinin Qazax şöbəsində mühəndis vəzifəsində işləyib. 2007-ci ildən indiyə kimi Akkord Sənaye Tikinti İnvestisiya Kooperasiyası ASC-nin hidrotexniki qurğular departamentinin məsul işçisi və layihə rəhbəridir.

Sədi müəllim bu illər ərzində Quba, Şabran, Ağstafa, Şəmkir, Cəlilabad və Qazax rayonlarında su kanalizasiya tikintisinə rəhbərlik etmişdir.

Hazırda Qazaxda su kanalizasiya sisteminin çəkilişində qızğın iş gedir. Onu da qeyd edək ki, kanalizasiya xəttinin ümumi uzunluğu 86 km 658 m, su xəttinin uzunluğu isə 106 km 332 m-dir. Bu layihə bu il, yəni 2020-ci ilin sonuna kimi başa çatacaqdır.

Sədi müəllim onu da qeyd etdi ki, su boruları əvvəllər qardaş ölkə Türkiyədən gətirilirdi. İndi isə, bizə daha ucuz başa gələn yerli istehsal borularindan istifadə edirik. Layihə başa çatandan sonra Qazax şəhəri və ətraf kəndləri lazımlı mənbədən tam su ilə təchiz olunacaqdır".

Ümumilikdə rayonda 12 artezyan quyularının suyu cəmləşdirilərək su nasosu ilə Xanlıqlar kəndinin ərazisində dəniz səviyyəsindən 421 m yüksəlikdə inşa edilən, hər borunun tutumu 5 kub metrlik su anbarına vurulacaqdır. Bundan sonra su öz axını ilə hündür mərtəbəli binalara və həyət evlərinə axacaqdır.

Respublikamızda gedən irimiqyaslı islahatlara görə hamımız ölkə prezidenti İlham Əliyev cənablarına həmişə minnətdarıq.

Gülağa Cəfərov, Keçmiş SSRİ və Azərbaycan jurnalistlər birliyinin üzvü

Daxil olundu: 02.01.2020 » Oxundu: 1188
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!