Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq məhkəmə iclası başa çatmışdır. Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda törədilmişdir. Təqsirləndirilən şəxs Səlim Mirzəbəyov Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirovu bıçaqlayaraq qətlə yetirmişdir.

Kriteri.az

Daxil olundu: 14.11.2018 » Oxundu: 1236
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!