Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın məhkəməsi yekunlaşıb.
İttihama görə, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində doğranmış insan bədəni tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin 50-60 yaşlı qadın cinsinə aid olduğu müəyyən edilib. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə İrina Qorlova tutularaq istintaqa təhvil verilib.
Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İrina Qorlova 17 il azadlıqdan məhrum edilib.

Kriteri.az

Daxil olundu: 08.11.2018 » Oxundu: 938
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!