Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın tanınmış idmançısı Rəsul Çunayevin fitnes zalının açılış mərasimi olub.
Dünya və Avropa çempionu olan güləşçimiz açılış mərasimi haqda hisslərini və gələcəklə bağlı planlarını Sport7.az-a bölüşüb.
- Rəsul bəy, neçə oldu ki, fitnes zalı açmaq qərarına gəldiniz?
- Bu fikri mənə dostum Ruslan dedi. Belə bir zal olduğunu və götürüb işlətməyi təklif etdi. Mənə idmanda yüksək nailiyyətlər qazandığımı və bu işin öhdəsindən gələ biləcəyimi vurğuladı. Mən də bu haqda düşündüm. İdman sağlamlıqdı. Ümumilli liderimiz Heydər Əliyev də deyirdi ki, "Sağlam bədəndə sağlam ruh olar". Doğrudan da bu belədi.
Bu zalın da aurası çox gözəldi. İçəri daxil olan insan məşq etmək istəyir. Biz də çalışacağıq ki, müştərilərimizə yüksək səviyyədə xidmət göstərək. İdmançı kimi karyeramı bitirdikdən sonra bu işi daha da genişlətmək fikrim var. Güləş zalları, uşaqların yetişdirilməsi, bayrağımızın yüksəklərdə dalğalanması, bir sözlər idman sahasində çalışacağam ki, vətənimə, millətimə layiqli olum.
- Bir müddət zədədən əziyyət çəkirdiniz. İndi vəziyyət necədi?
- Bəli, hələ də müalicəm davam edir. Hal-hazırda yaxşıyam. Məşqləri davam etdirirəm.
- Hansısa yarışlarda çıxışınız gözlənilir?
- Sentyabr ayında dünya çempionatı keçiriləcək. Bu çempionat Olimpiya oyunlarına lisenziya xarakterlidir. Hazırda ora hazırlaşıram.
- Sizdən ilk dəfədi müsahibə alıram. Rəsul Çunayev deyəndə çoxlarının yadına əsgər salamı düşür. Elə özümə də maraqlıdı.. Bu jesti əvvəlcədən planlaşdırmışdınız, yoxsa o anın duyğusu ilə hərəkət etdiniz?
- Planlaşdırsam o qədər də maraqlı olmazdı. Hər şey anidən oldu. İçimdən gəlmişdi. Süniliyi heç sevmirəm. Təbii olmaq daha yaxşıdı. Bu jestim vətən sevgisindən irəli gəldi. Mən vətənimi, dövlətimi çox sevirəm.
- Yeni nəsil idmançılara bə tövsiyyə edirsiniz?
- Ölkəmizdə idmançıların yetişməsi üçün hər cür şərait var. Önlərinə məqsəd qoyub, məşq edib bayrağımızı yüksəklərə qaldırmaq üçün çalışsınlar. Mən inanıram ki, belə olan halda çox uğurlar qazanacağıq.
- Qayıdaq günün hadisəsinə. Açılışdan razı qaldınızmı?
- Bəli. Hər şey könlümcə oldu. Bütün dostlarım var olsun. Məni tək buraxmadılar, dəstək oldular. Şou, media nümayəndələri, tanınmış idmançılar hər kəs gəldi. Mən də hər birinə təşəkkürümü bildirirəm. Sizə də minnətdarlığımı bildirirəm ki, bu gözəl günümüzə gəlib, dəstək oldunuz.

Röya Kərimli

Daxil olundu: 12.03.2019 » Oxundu: 1790
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!