Xudayar Sultanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktorudur. O, 2011-ci ilin may ayından bu vəzifəyə təyin olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə «Tərəqqi medalı» ilə təltif edilmişdir.

Qısa arayış üçün deyək ki, Xudayar müəllim 1964-cü ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almışdır. Hələ məktəb illərindən elmə, təhsilə olan bağlılığı onu ali təhsil almağa və daha sonra təhsilini davam etdirərək alimlik dərəcəsi almağa sövq etmişdir. O, hazırda dosentdir və doktorluq işinin müdafiəsinə hazırlaşır. Pedaqoji fəaliyyətə, tələbələrə biliyini aşılamaq onun müqəddəs müəllimlik fəaliyyətinin ana xəttini təşkil edir. Filialın giriş qapısından içəri daxil olarkən ümummilli liderimiz Heydər Əliyevin «Mən yer üzündə müəllimdən yüksək ad tanımıram» hikmətli kəlamı müəllim və tələbələri bu peşəyə daha ruhlandıraraq onların əzmlə çalışmasına stimul verir.

Məlumat üçün qeyd edək ki, bu təhsil ocağı hələ 2000-ci ildə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı kimi fəaliyyətə başlayıb. Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyəti dayandırıldıqdan sonra bura Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı kimi işini davam etdirir. Bu ali təhsil ocağında 3 ixtisas tədris edilir: Azərbaycan dili və ədəbiyyat; ibtidai sinif müəllimliyi; tarix və coğrafiya. Məhz bu ixtisaslara uyğun olaraq 3 kafedra da fəaliyyət göstərir. Burada öz ixtisasını dərindən bilən böyük müəllim kontingenti var. Onlar öz biliklərini tələbə sevə-sevə aşılayırlar.

Xudayar müəllimin elmə, təhsilə bağlılığı ailəsində də özünü göstərir. Gözəl müəllim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. Qayğıkeş, məsuliyyətli ailə başçısı, sevimli ata olan Xudayar müəllimin ocağında 3 övlad böyüyüb boya-başa çatıb. Böyük oğlu ata yolunu davam etdirərək institutu riyaziyyat-informatika ixtisası üzrə, kiçik oğlu Sərhəd Qoşunları Akademiyasını, qızı isə kitabxanaçılıq üzrə orta ixtisas məktəbini bitirmişdir.

Xudayar müəllim respublikada gedən inkişafla bağlı onu da qeyd etdi ki, «bu gün müstəqil Azərbaycan cənab prezident İlham Əliye­vin yürütdüyü ağıllı, müdrik siyasəti nəticəsində Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmişdir. O, yürütdüyü istər daxili, istərsə də xarici­ siyasətində hər zaman xalqımızın xoşbəxt yaşamasını, azadlığını, müstəqilliyini düşü­n­ür və bu amalına nail olur. Bir sözlə, müstəqil Azərbaycanımız çox böyük inamla gələcəyə doğru addımlayaraq gündən-günə inkişaf edir, çiçəklənir». Bu ilin aprel ayının 11-də ölkəmizdə keçirilən seçkilərdə bir daha sübut etdi ki, xalq öz layiqli namizədi kimi yalnız İlham Əliyevin prezident olmasını dəstəkləyərək böyük bir səs çoxluğu ilə (86,03%) onu seçdilər. Biz də ölkənin ziyalı təbəqəsi olaraq İlham Əliyev cənablarının yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona növbəti 7 ildə daha böyük uğurlara imza atmağı arzulayırıq.

Məqalədə seçkilərdə seçici fəallığının 75 faiz təşkil etdiyi, ilkin nəticələrə görə İlham Əliyevin 86,03 faiz səs topladığı, seçkilər zamanı hər hansı qanun pozuntularının qeydə alınmadığı və şikayətlərin olmadığı bildirilir.

Daxil olundu: 05.10.2018 » Oxundu: 779
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!