Rusiya müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakov Azərbaycanın Qarabağ bölgəsinə səfərə gəlib.

“Report” “Sputnik Armeniya” istinadən xəbər verir ki, onu Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov qarşılayıb.

D.Bulqakov deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün tikilən mobil tipli şəhərcik aprelin 5-dək istismara veriləcək: “Bu günədək 25 mobil tipli şəhərcik istismara verilib. Aprelin 5-dək bütün sülhməramlılar yaşayış yeri ilə təmin olunacaq”.

Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun qərarı əsasında tikilən mobil hospital isə aprelin sonunadək təhvil veriləcək.

Daxil olundu: 31.03.2021 » Oxundu: 563
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!