Tbilisidə prezident seçkilərindən sonra saxlanılan 7 Ukrayna vətəndaşı kütləvi iğtişaşlara hazırlıqda ittiham olunurlar.

Həmin şəxslərin Tbilisdə Qriqol Vaşadze tərəfdarlarının aksiyasında dava salması gözlənilirdi.

Ukrayna ordusunun polkovniki Vyaçeslav Vlasenko təxribatların Mixail Saakaşvilinin pulu ilə təşkil olunacağını deyib.

“Həmin aksiyalarda atəş açılması planlaşdırılırdı. Müxalifət sonradan həmin cinayətdə güc strukturlarını ittiham edəcəkdi”-deyə Vlasenko fikirlərini tamamlayıb.(modern.az)

Daxil olundu: 10.12.2018 » Oxundu: 1390
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!