28.02.2022-ci il tarixində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olan Şamaxı Rayon Sabir qəsəbə tam orta məktəbində "Şagirdlərin Astronavtika Məktəbi" adlı layihəsinin bağlanış hesabat tədbiri keçirilib. Təbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Ağakərim Ömərov, Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov, Şamaxı rayon şəhər, qəsəbə və kənd məktəb direktorları, eləcə də layihə iştirakçıları olan müəllim və şagirdlər iştirak ediblər. Tədbirdən öncə layihə çərçivəsində şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdi. Daha sonra tədbiri məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru və layihə rəhbəri Gülnurə Babaşova giriş sözü ilə açmış və tədbir Azərbaycan himni ilə açıq elan edilmişdir. Layihə rəhbəri Gülnurə Babaşovanın layihə müddətində görülmüş işlərə dair hesabatı dinlənilmişdir. Hesabatdan sonra layihə boyunca çəkilmiş video və şəkillərdən hazırlanmış videorolik tədbir iştirakçılarına təqdim edilmişdir. Daha sonra gələn qonaqların çıxışları dinlənilmişdir. Çıxışlar bitdikdən sonra layihə təlimlərində iştirak edən iştirakçılara sertifikatlar təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.

Kriteri.az

Daxil olundu: 08.03.2022 » Oxundu: 697
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!