
Salyan Rayonlararası Şorsulu Əsəb-Nevroloji Xəstəxanasının baş həkimi Allahverdi Bəylərov 2 may 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1982-ci ildə Azərbaycan Tibb Universitetini terapiya ixtisası üzrə bitirmişdir. 1984-1992-ci illərdə Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim işləyib. 2000-ci ildə ixtisasdəyişmə kursunu keçərək “Psixiatr” ixtisasına yiyələnib.
1992-95-ci illərdə Ağdamda cəbhə bölgəsində olub. 1996-cı ildən isə Daxili İşlər Nazirliyində həkim işləyib.
2000-2015-ci illərdə Ədliyyə Nazirliyinin Perinatal Xidmətində həkim-ordinator və şöbə rəisi işləyib. Ədliyyə mayorudur.
2017-ci ilin avqust ayından hazırda işlədiyi yerə təyin olunub.
Həkim onu da qeyd etdi ki, əmisi Cabbar Bəylərov Ulu öndərimiz Heydər Əliyevlə işləyib. 1960-cı illərdə Salyan, Xaçmaz, Lənkəran, Şirvan və s. rayonlarda DTX-nın rəisi olub. Hazırda 91 yaşı var, təqaüdçüdür.
Atası Keşdasif kişi də uzun illər vəzifədə işləyib. Hamı ona el ağsaqqalı kimi hörmət edir.
Həkim ölkəmizdə tibb sahəsinin son dövrlər yüksək sürətlə inkişaf etməsini bu gün doğma vətənimizdə ulu öndərimizin siyasi kursunu möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğuladı. Ona görə də dahi siyasətçinin siyasəti indi də yaşayır, günü-gündən möhkəmlənir, yeni formaları ilə zənginləşir.
Cənab Prezidentimizin siyasi fəaliyyəti ilə tanış olub onun yalnız Azərbaycanın deyil, Qərbin, ümumilikdə dünyanın qlobal problemlərinə yanaşaraq baş verən hadisələri özünəməxsus şəkildə analiz edib və düzgün nəticə çıxarmaq imkanları ilə dünyanın bütün siyasi liderlərindən üstün olmasını görəndə qəlbimiz fəxarət hissi ilə dolaraq ondakı enerjini, xalqına olan sonsuz məhəbbət və sədaqətinə heyran oluram.
Zəngin və qüdrətli Azərbaycanımızın ərazi bütövlüyü, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa xüsusi olaraq sosial qayğı, ədalətli cəmiyyət qurmaq prinsipi İlham Əliyev fəaliyyətinin əsasını təşkil edir. Məhz buna görə də ölkəmiz qısa zaman ərzində təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən bir dövlətə çevrildi.