Artıq neçə illərdir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən qrant müsabiqəsinə yüzlərlə bir-birindən maraqlı layihələr təqdim olunur. Belə layihələrdən biri də 2023-cü il VII qrant layihəsində qalib olan “Zamanı kodlayanlar” Boot Camp” layihəsidir. Şamaxı rayonunda da fəal müəllimlər qrant müsabiqələrdə maraqlı layihələrlə iştirak etmişlər. STEAM dərslərinin keçirildiyi məktəblərdən biri də Şamaxı Avropa liseyidir. STEAM dərslərinin pilot layihə kimi keçirildiyi  bu məktəbdə ilk vaxtlardan şagirdlər çox həvəslə iştirak edir və müxtəlif müsabiqələrə qatılmışlar. İstedadlı uşaqları üzə çıxartmaq və onlardakı marağı daha da stimullaşdırmaq məqsədi ilə Şamaxı Avropa liseyində STEAM dərsləri tədris edən,Şamaxı Rayon Təhsil Sektorunun metodisti, 2013-cü ildə keçirilən “İlin ən yaxşı 100 müəllimi” müsabiqəsinin qalibi olmuş Babaşova Sevda Hacıverdi qızının təqdim etdiyi layihə qaliblər sırasında yer aimışdır. Layihənin əsas məqsədi, 6-8-ci siniflərdə təhsil alan Şamaxı şagirdlərinə xüsusi proqram  məşğələlərlə yüksək texnologiyalar, elm mühəndisliyi, proqramlaşdırma istiqamətində bacarıqların formalaşdırılması  intensiv Boot Camp təşkili  və  bacarıqları ilə fərqlənən şagirdləri müvafiq müsabiqələrə yönləndirməkdir.Layihə beynəlxalq layihədir.Layihədə seçilərək təlimə cəlb edilən 30 şagirdə həm yerli, həm də qardaş Türkiyədən dəvət olunmuş  təlimçilər əyani və onlayn şəkildə təlim verirlər.Təlimdə şagirdlər çox böyük həvəslə iştirak edir və yüksək texnologiyalar, elm mühəndisliyi və proqramlaşdırma istiqamətində bacarıqlarının formalaşdırılmasında çox böyük irəliləyişlər əldə edirlər. Layihə 01 oktyabr 2023-cü il tarixdən 02 fevral 2024-cü il tarixə kimi davam edəcəkdir.

kriteri.az

Daxil olundu: 14.01.2024 » Oxundu: 703
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!