«Müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığı, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyi bir vaxtda Cəlilabad rayonunda da sürətli inkişaf müşahidə edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Cəlilabad rayon rəhbərliyinin apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir. Rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir.
Cəlilabad rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi, sənaye məhsullarının, kənd təsərrüfatı məhsullarının, tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət nəzərəçarpacaq dərəcədə artmışdır. İcra başçısının hesabat məruzəsində də deyildiyi kimi, əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.
Görülən işlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, ölkənin, eləcə də Cəlilabad rayonunun sabit inkişafı hər zaman təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir». Bu sözləri Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatının direktoru Həbulla Mirzəyev söylədi.
Həbulla Mirzəyev 1958-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. Ali təhsilini 1983-cü ildə bitirən Həbulla müəllim müxtəlif illərdə «Kuybişev» adına sovxozun baş aqronomu, Uzuntəpə kəndində ərazi nümayəndəsi vəzifələrində çalışıb. 2006-cı ildən isə Cəlilabad Rayon Kommunal Müəssisələri Kombinatının direktorudur.
Burada 108 işçi qüvvəsi vardır. Həmçinin müəssisəyə «Dost» İş Mərkəzindən 430 nəfərə yaxın işçi işə cəlb olunub. Orta aylıq əmək haqqı 190 manata yaxındır. Ölkə Prezidentinin qərarı ilə sentyabr ayından maaşlar 250 manata qədər artırılacaq. Müəssisənin 11 işlək texnikası vardır, köhnəlmiş zibil qabları hər il dəyişdirilir. Şəhərin daxili ilə yanaşı, yaxın kəndlərindən də zibillər yığılır. Rayonun məişət tullantıları paliqonu vardır və yığılan zibillər ora atılır. Bütün bunlarla yanaşı Həbibulla müəllim onu da qeyd etdi ki, idarənin su maşını, ekskovator və özüsüpürən maşına ehtiyacı vardır. Müəssisə bu texnikalarla təmin olunarsa, işin keyfiyyəti daha da artar.
Həbibulla müəllim müəssisənin nümunəvi işçilərindən müavin Sənan Əliyevin, mühasib Rəhim İsmayılovun, sahə rəisi Vahid Məmmədovun, fəhlələrdən Xalid Əliyevin və başqalarının adını qeyd etməyi özünə borc bildi.
Həbulla müəllim həm də gözəl ailə başçısıdır. O, üç övlad atasıdır və oğulları Rafət və Hikmət ali təhsilli mütəxəssislərdir. Rafət Neft şirkətində, Hikmət isə rayonda Azərişıqda çalışırlar.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 20.09.2019 » Oxundu: 1700
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!