Şəmkirdə bir ay əvvəl toyu olan və itkin düşən qız tapılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı. O, ötən ilin dekabrında ailə qurub.

Kriteri.az

Daxil olundu: 10.01.2020 » Oxundu: 292
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!