Su canlıların həyatında oksigendən sonra gələn ən vacib maddədir. Təbiətin rəngarəngliyi və gözəlliyi üçün biz suyun varlığına borcluyuq. Ganlı orqanizmlərin çox hissəsini su təşkil edir. Bitkilərin böyüməsi də \birbaşa sudan asılıdır. Bu baxımdan suvarma bitkiçiliyin əsasını təşkil edir.
Xosavənd Suvarma Sistemləri İdarəsi məhz bu vacib sahəyə xidmət edir. İdarənin rəisi Seyyur Nağıyevdir. O, 1961-ci ildə Xocavəndin Qaradağlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Texnologiya İnstitutuna daxil olub. 1999-cu ildə ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb. Seyyur müəllim ömrünün ən qaynar çağlarında torpaqlarımızın bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak edib. Ağır döyüşlərdə sağlamlağını qurban verən Hacı Seyyur II qrup Qarabağ əlilidir.
Əmək fəaliyyətinə tikiş fabrikinin Qaradağlı filialının müdiri kimi başlayan Seyyur müəllim 2006-2009-cu illərdə Aqroservizin müdiri vəzifələrində çalışıb. 2009-cu ildən isə Xocavənd Suvarma Sistemləri idarəsinin rəisidir. Burada hazırda 36 işçi qüvvəsi var və idarə bütün lazımı texnika ilə təchiz olunub. Yuxarı Mil kanalının suyundan istifadə edən idarə 6 min 557 hektar əraziyə xidmət edir. Onu da qeyd edək ki, torpaq sahələrini suvarma su ilə təmin etmək məqsədi ilə Yuxarı Mil kanalı üzərində yeni nasos stansiyaları, qapalı suvarma şəbəkəsi quraşdırılmış, boru kəməri çəkilmişdir.
İdarənin nümunəvi işçiləri sırasında Famil Süleymanovun, Məhəddin Hüseynovun, Xasay Bəşirovun, Şəmilin, Xudunun və başqalarının adını çəkmək yerinə düşərdi.
Seyyur müəllim yüksək ixtisaslı bir mütəxəssis olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısı, məsuliyyətli atadır. Ocağında üç övlad böyüyüb və hər birini cəmiyyət, xalq üçün layiqli vətəndaş kimi yetişdirib.
Səyyar müəllim xeyirxahlığı ilə də hər kəsin diqqətini cəlb edir. Baxmayaraq ki, özü təvazökarlıq edərək bu haqda danışmağı sevmir, lakin görünən dağa nə bələdçi? Səyyar müəllimin sürücüsü Vüsal Bayramov öz rəisinin xeyirxahlığı haqqında böyük həvəslə danışdı. Bildirdi ki, Səyyar müəllim dünyanı bürüyən pandemiya və karantin dövründə şəxsi təqaüdü ilə 11 ailəyə, tənha və kimsəsizlərə yardım edib. İdarə tərəfindən isə 50 ailəyə yardım edilib.
Məhsuldarlığın bolluğunda suvarmanın vacibliyindən danışan Səyyar müəllim bildirdi ki, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyin əsas yollarından biri də torpaqların məhsuldarlığının artırılmasıdır. Bu da bir sıra aqrotexniki tədbirlərlə yanaşı, suvarma işlərinin düzgün və vaxtında təşkil edilməsindən çox asılıdır. Hazırda isti fəsildir və təsərrüfatın suvarmaya daha çox ehtiyacı var. Bu baxımdan Suvarma sistemləri idarəsinin boynuna böyük məsuliyyət düşür. İdarənin təcrübəli və peşəkar işçiləri öz işlərinin öhdəsindən ləyaqətlə gəlir və heç kəsin su sarıdan korluq çəkməməsi üçün əllərindən gələni edirlər.


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 11.07.2020 » Oxundu: 879
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!