Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuata açıqlamasında bildirib ki, “Sərt karantin rejimi dövründə avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa və qanun təsdiqlənərsə, o zaman bu, tətbiq olunacaq”.
Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, Dövlət Agentliyinin sədri deyib ki, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapmalıdır: “Birinci, qanun icazə verməlidir ki, kamera vasitəsi ilə cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.
Ülvi Mehdiyev iyulun 5-dən SMS yazarkən avtomobillərinin də dövlət nömrə nişanını yazmağı vətəndaşlara tövsiyə edib: “Amma cərimə hələ tətbiq olunmayacaq”.

Kriteri.az

Daxil olundu: 03.07.2020 » Oxundu: 799
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!