1 mart 2021-ci il tarixində İstanbul Rumeli Universitetinin Kürəsəl Siyasi Araşdırmalar Mərkəzi tərəfindən Xocalı Soyqırımı 29 ilində online konfransı keçirilmişdir. Konfransı açılışını İstanbul Rumeli Universitetinin Kürəsəl Siyasi Araşdırmalar Mərkəzinin müdiri Dos.Dr.Suleyman Özmən açmış. Dos.Dr.Suleyman Özmen Xocalı soyqırımı haqqında məlumat vermişdir. Tarixdə ermənilərin türklərə qarşı etdikləri ilə bağlı məlumat vermişdir. Sonra sözü İstanbul Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə doktorantı, Beynəlxalq Münasibətlər üzrə analitik Teymur Qasımlıya verilmiş. Beynəlxalq Münasibətlər üzrə analtik Teymur Qasımlı geniş çixış etmiş. Ermənilərin Qafqaza köçürülməsi səbəbləri, Ermənilərin tarixi boyu Azərbaycanlılara etdikləri soyqırımlar haqqında məlumat vermişdir. Sovetlər zamanında ermənilərin Qarabağa bağlı iddialları, Azərbaycan xalqının Milli Azadlıq Hərəkatı apararaq sonda müstəqil olması ilə bağlı fikirlər bildirmişdir. Xocalı soyqırımın baş vermə səbəbləri bağlı məlumat vermişdir. Sonra konfrasnda digər iştirakçılar söz verilmiş. İstanbul Rumeli Universitetinin müəllimi Prof.Dr.Əli Dənizli çıxış edərək tarixdə ermənilərin türklərə etdikləri soyqırımılarla, Qarabağ müharibəsi zamanı Azərbaycandakı gördüyü işlər bağlı məlumat vermişdir. Digər iştirakçı İstanbul Rumeli Universitetinin müəllimi tarixçi Dos.Dr.Osman Çoşqun çıxış edərək öz fikirlərini bildirmişdir. Sonra Konfrans sual cavabla davam etdirilmişdir. Konfransın sonunda Dos.Dr.Suleyman Özmen çıxış edənlərə təşəkkür edərək konfransın işini yekunlaşdırmışdır.

Kriteri.az

Daxil olundu: 04.03.2021 » Oxundu: 1165
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!