19.08.2020-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin, Astara Rayon Heydər Əliyev Mərkəzi və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Strateji informasiya müharibəsi texnologiyalarının indeksasiyası və düzgün analizi düşmənə qarşı effektiv mübarizə vasitələrindən biri kimi” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Mərkəzin əməkdaşı Mirkamran Mənsimli, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və Mərkəzin əməkdaşları, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun Abbas İbrahimli və idarənin əməkdaşları, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Qarabağ qazisi Anar Məmmədov, YAP Astara rayon təşkilatı Gənclər birliyinin sədr müavini Rufanə Cəfərli, Loqos Psixoloji Nitq İnkşafı Mərkəzinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Rəhimova, “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, İctimai Birliyin üzvləri Xanımnisə İsayeva, Fəranə Mikayılova, Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini, könüllü gənc Mirtalıb Məmmədli və fəal gənclər ştirak ediblər.
Keçirilən tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Qarabağ qazisi, ehtiyyatda olan kapitan Anar Məmmədov, Loqos Psixoloji Nitq İnkşafı Mərkəzinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Rəhimova, Astara rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş nümayəndə Abbas İbrahimli “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, “Şəfəq” Ekoturizm İctimai Birliyin üzvləri Xanımnisə İsayeva, Fəranə Mikayılova, Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini, könüllü gənc Mirtalıb Məmmədli çıxış ediblər.
Keçirilən videokonfransda işğalçı Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olduğu bildirilib. Qeyd olunu ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatların davamlı xarakter daşıdığını və son bir neçə ay ərzində baş verənlərin bu reallığın bariz ifadəsidir. Bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları, habelə beynəlxalq humanitar hüquq sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulub və çox təəsüflər olsun ki, bu tendensiya dünya birliyinin gözü qarşasında hələ də davam edir. Öz məkrli, təcavüzkar və işğalçı siyasətindən əl çəkməyən Ermənistan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş hazırkı pandemiya dövründə də müxtəlif istiqamətlər üzrə atəşkəs rejimini pozmaqla tələfatla nəticələnən təxribatçı hərəkətlərini davam etdirərək, 12 iyul 2020-ci il tarixində günorta saatlarından başlayaraq, atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozub artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutaraq hücuma keçməyə cəhd göstərmişdir. Ancaq şanlı Azərbaycan ordusunun layiqli cavab zərbəsi ilə düşmənin hücumu layiqincə cavblandırılmış, çoxsaylı canlı qüvvə və hərbi texnikası məhv edilmişdir. Öz acizliyini növbəti dəfə dərk edən düşmən dövlətimizə qarşı informasiya müharibəsi aparmağa başlamışdır. Azərbaycan müstəqilliyinə nail olduqdan sonra ölkədə milli təhlükəsizliyin əsas problemlərindən biri vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi oldu. 1998-ci il aprelin 3-də ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı. Müharibə şəraitində yaşayan dövlətimiz üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və informasiyanın milli təhlükəsizliyə ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir.
Videokonfransda informasiya təhlükəsizliyi, informasiya təhlükəsizliyinin hüquqi əsasları, strateji informasiya müharibəsinin əsas xüsusiyyətləri, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətləri, informasiya müharibəsi texnologiyalarının yaranması, inkişafı və geniş tətbiqi üsulları, informasiya müharibəsinin əsas formaları, təbliğat və vətəndaş ruhunun sındırılması, psixoloji təsir – vətəndaşlar üçün nəzərdə tutulmuş informasiyanın emalı nəticəsində insanların mənəvi durumuna, əhval-ruhiyyəsinə nəzarət, dezinformasiyanın ötürülməsi və beyinlərin yuyulması, mədəniyyətlər müharibəsi, Azərbaycana qarşı informasiya müharibəsi ilə məşğul olan qrupların, onların cinayətlərinin və cinayət motivlərinin aşkar edilməsi, düşmən ölkənin Azərbaycana qarşı informasiya müharibəsinin detalları və digər mühüm məqamlar müzakirə olunub.

Kriteri.az

Daxil olundu: 19.08.2020 » Oxundu: 998
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!