Türk Dövlətləri Təşkilatının (TDT) hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş təsdiq edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qanunu imzalayıb.

Eyni zamanda, dövlət başçısının imzaladığı digər qanunla TDT-yə üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş də təsdiq edilib.

Qeyd edək ki, sözügedən sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

Daxil olundu: 02.05.2023 » Oxundu: 288
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!