“Bütün ictimai iaşə obyektlərində oturacaqlar sosial məsafəyə uyğunlaşdırılmalı, ehtiyac olmadıqda evdən çıxılmamalıdır”.

Bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, xüsusi karantin rejimi yumşaldılsa və gələcəkdə aradan qaldırılsa belə qaydalara ciddi əməl olunmalıdır.

“Bütün qərarlar epidemioloji vəziyyətə əsasən dəyişə bilər”, - deyə TƏBİB-in sədri vurğulayıb.

Daxil olundu: 01.05.2020 » Oxundu: 1063
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!