Ulu öndər Heydər Əliyev deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
Həqiqətən də əsl müəllim şərəf və ləyaqətin simvoludur. Müəllimin hakimiyyətin aparıcı qüvvəsi, dövlətimizə xalqımıza dayaq olan gənc nəslin yetişməsində əməyi misilsiz və əvəzsizdir. Ölkəmizi, millətimizi işıqlı sabahlara aparan gənclik məhz müəllimlərin fədakar zəhməti, təmannasız xidməti sayəsində yetişır və araya-ərşəyə gəlir. Bəlkə elə buna görədir ki, müəllimlik peşəsi müqəddəslik pilləsinə qalxır, pütün peşələrdən ucada durur.
Tərtər rayon Təhsil Şöbəsində bu amillər hər zaman diqqət mərkəzində olub. Rayonda təhsilə xüsüsi qayğı ilə yanaşılır. Tərtər Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev məlumat üçün bildirdi ki, Tərtərdə 47 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 34-ü tam orta, 10 ümümorta, 3-ü isə ibtidai məktəbdir. Rayonun təhsil müəssisələrində ümumilikdə 1200-dən yuxarı müəllim və 10 minə yaxın şagirdın təhsili, təlim tərbiyəsi ilə məşğul olurlar. Rayon təhsilində 7 əməkdar müəllim , 3 Tərəqqi medalçısısı vardır. 100 dən yuxarı müəllim kurikulum ixtisas artırma kursunda iştirak edib.
Surxay müəllim onu da qeyd etdi ki, Tərtərin ümumtəhsil müəssisələrində vakant boş yerlərə Təhsil Nazirliyi tərəfindən müəllimlər yollanılıb. Həmçinin məktəb yaşına çatmayan uşaqlar isə komissiya tərəfindən yoxlanılaraq birinci sinfə göturulmuşdur. Hər il demək olar ki, məzunların əlli faizi ali təhsil ocaqlarına qəbul olunur. Daha bir sevindirici hal odur ki,elə vaxlar olub ki, 16 nəfər 500 dən yuxarı,6 nəfər isə 600 dən yuxarı bal toplayıblar.Bunlardan 1, 2, 5, 6 saylı şəhər ,həmçinin İmayılbəyli, Bəyimsarov, Ümidli, Qazyankənd, Gülabadlı, Buruc, Xoruzlu və başqa məktəbin şagirdləri fərqlənmişlər.
Belə yüksək nəticələrin əldə olunmasında Əməkdar müəllim Fazilə Kərimovanı, Zümrud Zamanovanı, 5 saylı məktəbin müəllimi Rizvan Sultanovu nümunə göstərmək olar. Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik ruhunda təlim–tərbiyə almalarına xüsusi diqqət yetirilir. Məhz bunların nəticəsidir ki, bir ildə 5 nəfər Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2 nəfər isə Sərhəd Dövlət Akademiyasına, 1 nəfər Ali hərbi məktəbə, 2 nəfər Milli Aviasiya Akademiyasına, 1 nəfər Milli Təlukəsiz Akademiyasına qəbul olunub.
Rayon təhsilin keyfiyyətini daha da artırmaq üçün bütün məktəblərin müasir standartlara cavab verəcək şəraitdə olması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Son illərdə lazım olan məktəblərdə əsaslı təmir işləri aparılmışdır.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.01.2019 » Oxundu: 1608
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!