Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov 2010-cu ilin yanvar ayından bu vəzifədə çalışır. O, 1957-ci ildə Tərtər rayonun Səhləabad kəndində anadan olub. Səhləbad kənd orta məktəbini bitirib. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Elə həmən ildən əmək fəaliyyətinə başlayıb. O, sıravi işçidən baş mühəndis və nəhayət rəisə vəzifəsinə kimi uçala bilmişdir. Artıq 9 ildir ki, suvarma sistemlər idarəsinə rəhbərlik edir.
Tərtər Suvarma Sistemləri idarəsi 25 min 352 hektar ərazisi ilə təmin olunub. Burada 120 dən çox işçi quvvəsi çalişır. Onların orta əmək haqqısı 150-200 manatdır. İdarənin nümunəvi işçilərindən Xaləddin Məmmədov, Eldar İsmayılov, Mayıl Qarayev, İmran İsmayılov və başqalarını demək olar.
Onu da qeyd edək ki, idarənin inzibati binası 2012-ci ildə əsaslı təmir olunmuşdur. Otaqlar müasir standartlara uyğun şəkildə, böyuk zövqlə avadanlıqlarla təchiz edilmişdir. İdarənin iş rejimi barədə Zahid müəllimlə ətraflı söhbət etdik.
Zahid müəllim məlumat üçün onu da bildirdi ki, 2018-ci ildə hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən "Tərəqqi" medalına layiq görülmüşəm. İşin keyfiyyətli, su itkisinə yol verilməməsi üçün idarə bütün gərəkli texnika ilə təmin olunub. Lakin bütün bunlara baxmayaraq yay mövsumunda su qismən də olsa azalır. Bütün bunlar isə müfəqqəti çətinliklərdir. Tərtər qonşu namərdliyinə həmişə tuş gəlib. Bu çətinliyin aradan qaldırılması üçün yaxın günlərdə ciddi tətdbirlər göruləcək və Tərtərdə heç bir su problemi olmayacaq".
Zahid müəllim söhbətin sonunda onu da qeyd etdi ki, Ümumilli liderimiz eyni zamanda möhtərəm prezitentimiz İlham Əliyev cənablarının şəxsində Azərbaycanımızın müstəqilliyi, bütövlülüyünü, sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyni, əbədiliyini,dönməzliyini ömürlük təmin edəcək, bir layiqli davamçısını müəyyənləşdirdi. Bü gün müstəqil Azərbaycanımız İlham Əliyevin rəhbərliyi altında böyük düşünülmüş düzgün bir yolla öz parlaq sabahlarına doğru addımlayır, yeni-yeni uğurlar əldə edir və dünyanın lider dövlətləri sırasına öz layiqli yerini tutmuşdur".

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.01.2019 » Oxundu: 1562
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!