İyulun 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. Bunu unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Kriteri.az

Daxil olundu: 20.08.2019 » Oxundu: 79
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!