Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Mədəniyyət Mərkəzində Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının birgə təşkilatçılığı ilə həyata keçirilən “2-ci Uluslararası Unutulan Sözler Hayat Bulsun – Dede Korkut İzinde – Sözünde projesi” layihəsi çərçivəsində Türkiyədən yol alan türk nümayəndə heyyətini qonaq etdi və qonaqların şərəfinə mədəniyyət işçilərinin iştirakı ilə regionun spesifik musiqisi olan aşıq havaları və zurna ifalarından ibarət konsert təşkil etdi. Tədbirdə çıxış edən Türkiyə nümayəndə heyyətinin üzvləri Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətlərindən geniş bəhs edərək qardaş ölkə Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da onlara göstərilən diqqət və qayğıya, yüksək qonaqpərvərliyə görə Ağstafa Regional Mədəniyyət İdarəsi rəhbərliyinə dərin minnətdarlığını və təşəkkürünü bildirdilər.
Tədbir hər iki tərəfin bir-birinə qarşılıqlı hədiyyələr təqdim etməsi və auditoriyanın xor şəklində möhtəşəm “Çırpınırdı Qara Dəniz” ifası ilə yekunlaşdı.
Tədbirdən sonra, Türkiyə nümayəndə heyyəti Ağstafa Heydər Əliyev Mərkəzini, Ağstafada yerləşən Miniatür Azərbaycan Parkını, Ağstafa Tarix Diyarşünaslıq Muzeyini, Qazax rayonunda ucaldılmış Dədə Qorqud heykəlini, Qazax Mütəfəkkirlər Parkını, Qazax Tarix Diyarşünaslıq Muzeyini ziyarət etdilər.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin
KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı

Daxil olundu: 29.07.2019 » Oxundu: 2814
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!