Gənc türkoloq alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimovun «Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili» kitabının düzəlişlər və əlavələr edilmiş II nəşri işıq üzü görmüşdür.
Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, 20-ci yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılmışdır. Türklər arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla problemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq olunmuşdur. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapmışdır.
Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.

Kriteri.az

Daxil olundu: 16.11.2018 » Oxundu: 2044
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!