Rusiyanın “Roskosmos” Dövlət Fəza Agentliyi Türkiyə peyklərini Rusiya daşıyıcı raketləri vasitəsilə fəzaya çıxarmaq məsələsinə dair bu ölkənin hökumətilə danışıqlar aparır.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu fəzaya qaldırma fəaliyyətləri ilə məşğul olan “Glavcosmos” təşkilatının rəhbəri Dmitriy Loskutov bildirib.

Onun dediyinə görə, danışıqlarda ticari məqsədli peyklərin fəzaya çıxarılmasına dair əməkdaşlıq sazişi imzalamaq istiqamətində müzakirə aparılır.

Qeyd edək ki, 2014-2015-ci illərdə Rusiyanın “Proton-M” raketləri vasitəsilə Türkiyənin “Turksat 4A” rabitə peyki fəzaya qaldırılıb.

Bundan əvvəl Türkiyə Fəza Agentliyi (TUA) sədri Sərdar Hüseyn Yıldırım Rusiya ilə yaxın vaxtlarda fəzada əməkdaşlıq sazişi imzalamaq niyyətində olduqlarını açıqlayıb.

Daxil olundu: 06.04.2021 » Oxundu: 542
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!