Ömür öz keşməkeşləri ilə daha da dolğunlaşaraq mənalı olur. Hər bir insanın seçdiyi peşə özünün şəxsi xarakterini, həyat amalını, yaşam tərzini özündə ehtiva edir. İnsanın özünü təsdiqləməsi üçün ən doğru və real vasitədir. Ona görə də sevmədiyin sahədə çalışmaq səhv addım olmaqla yanaşı, həm də çəkdiyin zəhmətin hədər getməsinə səbəb olur. Ceyhun müəllimin ən böyük xoşbəxtliyi ondadır ki, o məhz öz sevdiyi peşə ilə məşğuldur. O, seçdiyi peşənin məsuliyyətini dərindən anlayır, işinə böyük dəyər verir. Uğura gedən yol isə insanın sevdiyi işdə çalışmasıdır. Məlumat üçün bildirək ki, Zaqatala Rayon Car kəndi Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının rəisi Ceyhun Ağayev 1979-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetinin Geologiya ixtisasını bitirəndən sonra hazırda çalışdığı idarədə ilk əmək fəaliyyətinə başlayıb. 2017-ci ilin iyul ayından bu müəssisəyə rəis təyin olunub. İdarənin əsas məqsədi geoloji axtarışlar aparmaqdır. Bu regional ekspedisiyanın filialları Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Balakən və digər rayonlarda fəaliyyət göstərir. İdarə geoloji axtarış və kəşfiyyat işləri aparmaq üçün lazım olan bütün texnika ilə təchiz olunub. Hazırda «Filiz çayda» xarici şirkətlər işləyir. Burada mövsümlə əlaqədar olaraq 27 nəfərə kimi işçi çalışır. İdarədə Geoloji Kəşfiyyat Xidmətinin rəisi olan Şahmirzə Səfərovun əməyi danılmazdır. Ceyhun müəllimlə söhbət zamanı onu da qeyd etdi ki, geoloji axtarışlar davam etdirilir, işlərində elə bir çətinlik yoxdur. Hazırda ərazinin inventarlaşdırılması ilə əlaqədar işlər gedir. Çünki əvvəllər idarənin ərazisində ev tikənlər və sair tipli tikinti işləri aparanlar olub. Ona görə də yeni inventarlaşdırma işləri gedir.

Ceyhun müəllim ailəlidir, 2 oğlu var.

Kriteri.az

Daxil olundu: 05.10.2018 » Oxundu: 1864
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!