Şəki Dəmir yol sahəsinin rəisi Əlövsət Yusubov uzun illərdir ki, bu sahədə çalışır. O,1959-cu ildə Zaqatala rayonunun Lahıc kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə başa vurduqdan sonra, Bakı Dəmir yol texnikumuna daxil olub. Burada təhsilini uğurla başa vuraraq seçdiyi ixtisas üzrə əmək fəaliyyətinə başlayıb. Bu illər ərzində siravi işçidən rəis vəzifəsinə kimi yuksəlmişdir.
Əlövsət müəllim 1988-ci ildə Şəki dəmir yol sahəsində, daha sonra Şirvan Dəmir yol sahəsində baş mühəndis, Xanabad Dəmir yolunda sahə rəisi və sair vəzifələrdə çalışıb.
2010-cu ildən Şəki Dəmir yol sahəsinə rəis təyin olunub. İdarənin hazırda 163 işçi qüvvəsi vardır. Burada orta aylıq əmək haqqı 180-200 manatdır. Bu dəmir yol sahəsi Yevlaxın 9-cu km-dən Balakənə qədər 164 km yola xidmət edir, Burada əsasən təcrubəli və peşəkar mütəxəssislər çalışır. Dəmir yol sahəsinin nümunəvi işçilərindən yol ustası Sərhəd Balacayev, Ramazan Cumayev, Qax stansiyasında çalışan Gürcü briqadasının gənc kadrlarından usta Ququlinin adını qeyd etmək xüsüsi ilə yerinə düşərdi.
Əlövsət müəllim söhbət əsnasında onu da qeyd etdi ki, Cavid Qurbanov Dəmir yol sahəsinə xüsusi diqqət yetirir. Bu sahədəyə olan diqqət də göz qabağındadır. Dəmir yol departamentin sədri Füzuli Quliyevin də qayğı və diqqəti danılmazdır. Əlövsət müəllim böyük minnətdarlıqla Xəlil Alışovun də adını çəkdi.
Bütün dövrlərdə yol hansı nəqliyyat vasitəsi üçün olursa olsun, çox vacib şərtlərdən biri, bəlkə də birincisidir. Bu sahədə çalışmaq insanda xüsusi məsuliyyt tələb edir. Bu mənada Şəki Dəmir yol sahəsinin ən böyük uğurlu kollektivin məsuliyyətli işçilərdən ibarət olmasıdır. Sağlam kollektiv isə daha böyük uğurlara aparan işıqlı yol deməkdir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 11.01.2019 » Oxundu: 1860
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!