«Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib və bu, hər il daha da artmaqdadır. Təsadüfi deyil ki, hələ bir neçə il öncə dünyada qlobal maliyyə böhranı yarandığı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşdığı dövrlərdə belə ölkəmizin iqtisadi inkişafı öz davamlılığını və stabilliyini qoruya bilmişdi. Ölkəmiz bu ağır sınaqlardan minimal ziyanlarla çıxa bilmişdi. Bu faktın arxasında təkcə bir amil dayanır. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin yeni dövrə uyğunlaşdırılmış şəkildə davam etdirdiyi və strateji əhəmiyyətə malik iqtisadi siyasət kursunun uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəli və davamlı inkişafının əsas təməlidir. Bu mənada, iqtisadi artımın davamlı şəkil alması gözlənilən idi və bu gün həmin proses davam edir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu Azərbaycanın müasir inkişafında xüsusi yer tutur.
Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası isə bu işlərin böyük əksəriyyətinin regionlarda aparılması kompleks inkişafımızın təməl prinsipinə xidmət göstərir.
Artıq bir neçə ildir ki, ölkə Prezidenti aqrar sahənin inkişafı istiqamətində mühüm tədbirlər görür, qanunvericiliyimizdə dəyişikliklər olunur və yerli fermerlərə, sahibkarlara yaxından köməkliklər göstərilir. Yaradılan aqroparklar, rayonlarda fəaliyyət göstərən aqrar təsərrüfatlar bu sahənin inkişafında əsaslı rol oynayır. Bu gün kəndlinin öz məhsulunu dünya bazarına çıxarması üçün şərait yaradılır. Azərbaycan dövləti öz brendini dünyaya təqdim edir. Bu isə bütövlükdə iqtisadi siyasətimizin doğru istiqamətinin göstəricisidir. Aqrar sahənin inkişafı ilə bağlı qarşıdakı illərdə daha yüksək nəticələrin əldə olunacağı gözlənilir.
Bu gün Azərbaycan dünyada stabil inkişafa malik, sabitliyin hökm sürdüyü, eləcə də multikultural dəyərləri özündə əks etdirən, tolerant bir dövlət olaraq tanınır. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəticəsində bu gün turistlər Azərbaycana maraq göstərir. Ölkəmizə gələn, buradakı mühitlə, şəraitlə yaxından tanış olan insanlar isə Azərbaycandakı münbit investisiya şəraitini görür və onu dəyərləndirməyə çalışır.
Həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb. Bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönümündə addımlar atılır.
Mən qaçqın və köçkünlərə olan dövlət qayğısını xüsusilə vurğulam istərdim. Onlar üçün tikilən şəhərciklərdə hər cür şərait yaradılıb. Dövlətimiz tərəfindən maddi və mənəvi dəstəklə tam təmin olunublar. Bütün bunlar dövlətimizin qüdrətindən, möhkəmliyindən xəbər verir».
Bu sözləri Dövlət Sığorta Şirkəti Füzuli rayon filialının direktoru Hüseyn bəy söylədi.
Hüseyn müəllim 1961-ci ildə Füzuli rayonunda anadan olub. 2012-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirib. O, 2000-2013-cü illərdə Balabəhmənli kənd bələdiyyəsinin sədri olub. 2015-ci ildən Dövlət Sığorta Şirkəti Füzuli rayon filialının direktorudur.
Hüseyn müəllim qeyd etdi ki, sığortanın məcburi, könüllü və icbari növləri olmaqla müxtəlif növləri vardır. Sığorta ödəmələri zamanı baş vermiş hadisələrlə əlaqəli araşdırmalar aparılır və 1 həftə ərzində ödəmə həyata keçirilir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daxil olundu: 20.01.2020 » Oxundu: 1078
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!